XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Azərreyl" liderliyi ələ keçirdi
İdman 10:05 / 26.01.2024

Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionatında daha bir oyun keçirilib. XX turun və ikinci dövrənin son matçında "Abşeron” və "Azərreyl” komandaları qarşılaşıb. Oyun "Azərreyl” komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu oyunda ölkə çempionatı tarixində ilk dəfə "Challenge” sistemi tətbiq olunub.

Beləliklə, "Azərreyl” 24 xalla (8 qələbə) turnir cədvəlinə başçılıq edir. "Murov Az Terminal” 23 xalla (8 qələbə ) 2-ci, 21 xalla (7 qələbə) "Abşeron” 3-cü, "Gəncə” 13 xalla (4 qələbə) 4-cü, "Milli Aviasiya Akademiyası” 9 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.



19715 oxunub

InvestAZ