XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Uğursuz çıxış istefa ilə nəticələdi
İdman 14:45 / 25.01.2024
Tunis millisinin baş məşqçisi Cəlel Kadri postunu tərk edib. Bu barədə Aktu Foot Afrique X (keçmiş Twitter) sosial şəbəkəsində məlumat yayıb. Məlumat üçün bildirək ki, tunislilər Afrika Millətlər Kubokunda dördüncü yeri tutaraq, qrup mərhələsini keçə bilməyiblər. Kadrinin komandası 2 dəfə heç-heçə edib (Mali və Cənubi Afrika milliləri ilə), ilk turu isə məğlubiyyətlə başa vurub. Onlar Namibiyaya uduzublar. Qeyd edək ki, Cəlel Kadri 2022-ci ildən Tunis millisinə rəhbərlik edir. 52 yaşlı mütəxəssis karyerasının əvvəlində "Əl Adala”, "Əl Nahda” və "Əl Khaleej” kimi komandalarda çalışıb. Tunis millisinin çıxış etdiyi E qrupundan Mali və Cənubi Afrika 2024-cü il Afrika Millətlər Kubokunun pley-off mərhələsinə birbaşa yüksəlib. Namibiya yığması dörd xal toplayaraq, üçüncü yeri tutub. Bu nailiyyət onlara 1/8 finala çıxmaq hüququ verib.
18824 oxunub

InvestAZ