XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Badmintonçumuz “ilk dördlük”də yer aldı
İdman 11:45 / 25.01.2024

Badmintonçumuz Keişa Fatimə Zəhra İsveçin Uppsala şəhərində keçirilən "VICTOR Swedish Open” turnirində qadınların şəxsi yarışında ən güclü "dördlük”də yer alıb. Mübarizəyə əsas mərhələdən başlayan idmançımız ilk görüşdə isveçli Sesilia Vanqı 2:0 (21-14,21-19) hesabı ilə məğlub edib.

1/8 finalda şotlandiyalı Reyçel Suqdeni (21-9,21-17) mübarizədən kənarlaşdıran Zəhra 1/4 finalda Danimarka badmintonçusu Frederikke Lundla qarşılaşıb. Üç set davam edən görüş K.Fatimənin (18-21,21-13,21-11) qələbəsi ilə yekunlaşıb. O, finala yüksəlmək uğrunda keçirilən görüşdə fransalı Leonis Hyueyə (13-21,14-21) uduzub.

Olimpiya Təsnifat dövründə keçirilən yarışdan Keişa Fatimə Zəhranın qazancı 1750 reytinq xalı olub.


21439 oxunub

InvestAZ