XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Katalonlar Baldeni də itirdi 
İdman 10:41 / 25.01.2024
İspaniyanın "Barselona" klubu daha bir ciddi itki ilə üzləşib.
"Olimpiyadunyasi.com" xəbər verir ki, ölkə kubokunun 1/4 final mərhələsində mübarizəni dayandıran Kataloniya klubuna növbəti zərbə müdafiəçi Alexandro Baldenin zədələnməsi olub.
Belə ki, Oyunçu "Atletik"ə qarşı kubok oyununun 23-cu dəqiqəsində zədələnərək Hektor Fortla əvəzlənib.
İlkin tibbi müayinələrdən sonra müdafiəçiyə baldır vətərlərinin gərilməsi diaqnozu qoyulub. 20 yaşlı oyunçunun 4-6 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
18691 oxunub

InvestAZ