XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Barselona" İspaniya kubokunda mübarizəni dayandırdı
İdman 10:01 / 25.01.2024
İspaniyanın "Barselona" klubu ölkə kubokunda mübarizəni dayandırıb. Kataloniya təmsilçisi 1/4 final mərhələsi çərçivəsində səfərdə  "Atletik”  klubuna 4:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. "San-Mames” stadionunda keçirilən oyunda hesab birinci dəqiqədə açılıb. "Atletik”in heyətində Qorka Quruseta fərqənib. Oyunun 26-cı dəqiqəsində "Barselona"nın polşalı hücumçusu Robert Levandovski fərqlənməklə hesabı bərabərləşdirib. Qoldan 6 dəqiqə sonra Xavi Hernandesin komandası ikinci qolu vurmağa müvəffəq olub. Lamin Yamal kataloniyalıları hesabda önə keçirib. Lakin "Atletik" klubu oyunda geridönüş etməyi bacarıb. Qarşılaşmanın 49-cu dəqiqəsində Oyan Sanse dəqiq zərbə ilə matçda tarazlığı bərpa edib -2:2. 
Oyunun əsas vaxtı bu hesabla başa çatdığından qalibin adına əlavə vaxtda aydınlıq gəlib. 
106-cı dəqiqədə İnyaki Uilyams və 120-ci dəqiqədə Niko Uilyamsın qolları ilə "Atletik" klubu "Barselona"nı məğlub etməyi bacarıb. 
"Atletik” klubu bu qələbə ilə turnirin  yarımfinal mərhələsinə vəsiqə əldə edib. 

24313 oxunub

InvestAZ