XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Karateçilərimiz Premyer Liqa turnirinə yollanıblar
İdman 20:42 / 24.01.2024
Yanvarın 26-28-də Fransanın paytaxtı Parisdə karate üzrə Premyer Liqa turniri keçiriləcək. 
Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda milli komandamızın üzvləri də qüvvələrini sınayacaqlar. Komandamız nüfuzlu yarışa Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov, baş katib Qabil Sayadov və federasiyanın idarə heyətinin üzvü Yaşar Bəşirovun rəhbərliyi altında 7 idmançı ilə yollanıb. 
Yığmamız Parisdə kişilərin mübarizəsində Tural Ağalarzadə, Əminağa Quliyev, Asiman Qurbanlı, Turqut Həsənov, Fərid Savadov, qızların yarışında isə Mədinə Sadıqova və Fidan Teymurova ilə təmsil olunacaq. Yarışa həmçinin məşqçilər Qurban Tağıyev, Şahin Xudaverdiyev, hakimlərdən Cahangir Babayev və Vüqar Kərimov da yollanıblar. 

19243 oxunub

InvestAZ