XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



İkiqat Olimpiya çempionunun rəqibi müəyyənləşib
İdman 11:16 / 24.01.2024

Qarışıq döyüş növləri üzrə amerikalı idmançı Kayla Harrison UFC ilə müqavilə imzalayıb. Cüdo üzrə ikiqat Olimpiya çempionu (London-2012, Rio-2016) yarışlarda ağır çəki dərəcəsində mübarizə aparacaq. Bu barədə promoşunun prezidenti Dana Uayt sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilir ki, Harrisonun ilk rəqibi Holli Holm olacaq. Döyüşün aprel ayında, UFC 300 yubiley turniri çərçivəsində  keçiriləcəyi qeyd olunur.

Məlumat üçün bildirək ki, 33 yaşlı Kayla qarışıq döyüş növlərində karyerası ərzində 17 döyüşdə iştirak edib. Bu döyüşlərdə 16 qələbə (6 nokaut) qazanıb, cəmi bir məğlubiyyətlə üzləşib. Onun rəqibi 42 yaşlı H.Holmun isə aktivində 15 qələbə (səkkiz nokautla) və 6 məğlubiyyəti var. 


19548 oxunub

InvestAZ