XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
İdman 10:41 / 24.01.2024

Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov seleksiya işləri çərçivəsində "Murov Az Terminal” klubu tərəfindən bölgələrdən seçilmiş yeniyetmə voleybolçularla görüşüb.

Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yanvarın 23-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən "Murov Az Terminal” - "Gəncə” qarşılaşmasından sonra təşkil olunan görüşdə Şahin Bağırov yeniyetmə voleybolçulara yaradılan şəraitlə maraqlanıb. Federasiya rəsmisi onlara peşəkar idmançı olmaq yolunda tövsiyələrini verib. Məşqçi və mütəxəssislərlə də söhbət edən Ş.Bağırov federasiyanın hər zaman gənc və yeniyetmə voleybolçulara dəstək olacağını bildirib, onlara bu yolda uğurlar arzulayıb.



18983 oxunub

InvestAZ