XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Premyer Liqa: "Qarabağ" liderliyini bir qədər də möhkəmləndirdi
İdman 21:10 / 23.01.2024
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun oyunlarına yekun vurulub. 
Turun son oyununda "Qarabağ" və "Araz-Naxçıvan" komandaları üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 
Oyunda hesab matçın 6-ci dəqiqəsində açılıb. Naxçıvan təmsilçisinin futbolçusu Numan Kurdiç topu öz qapısına vurub. Qarşılaşmanın 21-ci və 61-ci dəqiqələrində Abdullah Zubir iki dəfə fərqlənməklə "Qarabağ"ın qələbəsində pay sahibi olub.  Qonaqların heyətində isə 71-ci dəqiqədə Mohammed Kadiri təsəlli qolunu vurub. 
Matçı 3:1 hesablı qələbə ilə başa vuran Qurban Qurbanovun komandası xallarının sayını 44-ə çatdıraraq, liderliyini bir qədər də möhkəmləndirib. "Köhlən atlar" hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Zirə" və "Sumqayıt"ı 14 xal qabaqlayır. Aktivində 26 xalı olan "Araz-Naxçıvan” isə 6-cı pilləyə enib. 


17914 oxunub

InvestAZ