XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Premyer Liqası: Tura iki oyunla yekun vurulacaq
İdman 14:25 / 23.01.2024
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun oyunlarına yekun vurulacaq. Turun son oyun günündə iki qarşılaşma təşkil olunacaq.

Əvvəlcə "Qəbələ” klubu doğma meydanda "Sumqayıt” komandasını qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 16:30-da başlayacaq.

Turun son oyununda "Qarabağ" klubu "Araz-Naxçıvan"la üz-üzə gələcək. Tofiq Bəhramov adına respublika Stadionunda keçiriləcək oyun saat 19:00-da başlayacaq.



18602 oxunub

InvestAZ