XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Hərbi münaqişə Olimpiadaya hazırlığa da təsirsiz ötüşmədi
İdman 16:40 / 23.01.2024

İsrailin Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarına milli komandanı hazırlamaq üçün büdcəsi azalıb. Bu barədə ölkənin mədəniyyət və idman naziri Miki Zohar məlumat verib.

Bundan əvvəl bildirilirdi ki, İsrail İdman Nazirliyi Fələstinlə hərbi münaqişəyə görə büdcəni 20 faiz azaldacaq. Lakin departamentlə ölkənin Olimpiya və Paralimpiya komitələri arasında aparılan danışıqlardan sonra, təşkilat tərəfindən ayrılan vəsaitin azaldılması barədə yekun qərar qəbul edilib.

İsrail Olimpiya Komitəsinin baş direktoru Gili Lustiqin mədəniyyət və idman naziri Miki Zohara müraciətindən sonra qərara alınıb ki, Oyunlara hazırlıq büdcəsi Maliyyə Nazirliyinin tələb etdiyi minimuma endiriləcək - 36,5 milyon şekel (9,6 milyon ABŞ dolları).


19646 oxunub

InvestAZ