XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yüksək Liqada X turun oyunları keçiriləcək
İdman 12:35 / 23.01.2024

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında X turun oyunları keçiriləcək.

"Olimpiyadunyasi.com” xəbər verir ki, Gənclər və İdman Nazirliyinin (GİN) Voleybol Mərkəzində təşkil olunacaq yarışda "Murov Az Terminal” və "Gəncə” klubları üz-üzə gələcək. Görüş saat 17:00-da start götürəcək.

Turun digər matçı isə "Milli Aviasiya Akademiyası” ilə UNEC komandaları arasında olacaq. UNEC-in idman zalında oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq.

Tura yanvarın 25-də "Abşeron” - "Azərreyl” matçı ilə yekun vurulacaq.GİN-in Voleybol Mərkəzində təşkil olunacaq oyunun start fiti saat 18:00-da veriləcək.

Bu qarşılaşma ilə Yüksək Liqada II dövrə başa çatacaq.


18328 oxunub

InvestAZ