XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Qarabağ” dünya reytinqində neçə pillə irəlilədi?
İdman 18:06 / 20.01.2024

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

702 komandanın yer aldığı siyahıya Azərbaycanın üç təmsilçisi düşüb.

Ötən ay 84-cü pillədə qərarlaşan "Qarabağ” irəliləyişə nail olub. Ağdam təmsilçisi hesabındakı 145,5 xalla 73-cü yerə yüksəlib. Azərbaycan çempionunun qabaqladığı nəhənglər sırasında "Seltik” (Şotlandiya), "Ayaks” (Niderland), "Əl-Nəsr” (Səudiyyə Ərəbistanı), "Çelsi”, "Tottenhem” (hər ikisi İngiltərə) kimi klublar da var.

"Sabah” və "Neftçi” isə, əksinə, geriləyiblər. Murad Musayevin çalışdırdığı "Sabah” 55,5 xalla 391-ci yerdən 436-cı pilləyə düşüb. Hesabında 53,75 xal olan "Neftçi” isə 378-ci pillədən 469-cu yerə enib.

Qeyd edək ki, dünya reytinqinə 359 xalla "Mançester Siti” başçılıq edir. İspaniya təmsilçisi "Real Madrid” (332) ikinci, İtaliya "İnter”i (289) isə üçüncü yeri tutublar.


19292 oxunub

InvestAZ