XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Türkiyə Ağırlıqqaldırma Federasiyasının prezidenti yığma komandamızı ziyarət edib
İdman 16:54 / 20.01.2024

Türkiyə Ağırlıqqaldırma Federasiyasının prezidenti Talat Ünlü hazırda qardaş ölkədə təlim-məşq toplanışında olan Azərbaycan yığmasının düşərgəsini ziyarət edib.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasındanverilən məlumata görə, fevralın 12-20-də Bolqarıstanda keçiriləcək Avropa çempionatına və digər beynəlxalq yarışlara hazırlaşan idmançı və məşqçi heyəti ilə görüşən funksioner onlarla söhbət edib.

T. Ünlü Türkiyə və Azərbaycan milli komandalarının birgə toplanış keçməsinin müsbət məqam olduğunu, bunun daha böyük uğurlara gətirib-çıxaracağına, qardaş ölkələrin qitə və dünya çempionatlarında, həmçinin "Paris-2024” Yay Olimpiya Oyunlarında birlikdə qələbə sevinci yaşayacağına əminliyini bildirib.


18553 oxunub

InvestAZ