XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Sadəcə Endrik olmaq istəyirəm”
İdman 13:17 / 20.01.2024

Gələn yay "Palmeyras"dan Madrid "Real”ına keçəcək mərkəz hücumçusu, 17 yaşlı Endrik Pele və Ronaldo kimi əfsanəvi braziliyalı futbolçularla müqayisə olunmaq istəmədiyini bildirib. "İnsanların mənim haqqımda dediyi şeylər var. Onlar məni "yeni Pele” və ya "yeni Ronaldo” adlandırırlar. Mən sadəcə Endrik olmaq istəyirəm”, - deyə "Mundo Deportivo” nəşri Endrikdən sitat gətirib.

Xatırladaq ki, Endrik ötən mövsüm bütün turnirlərdə 53 matçda iştirak edib, 14 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalında futbolçunun bazar dəyəri 45 milyon avrodur.


20171 oxunub

InvestAZ