XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Asiya Kuboku: E qrupunda iki görüş
İdman 12:01 / 20.01.2024

Yanvarın 19-da Asiya Kubokunun qrup mərhələsinin 2-ci turu çərçivəsində üç qarşılaşma keçirilib. İraq komandası Yaponiyaya 2:1 hesabı ilə qalib gəlib. İndoneziya Vyetnamı 1:0 hesabı ilə məğlub edib. İran Honq-Konqu cəmi bir qolla üstələyib. Bu gün, yanvarın 20-də Asiya Kubokunda qrup mərhələsinin 2-ci turunun iki oyunu keçiriləcək. E qrupunda İordaniya - Cənubi Koreya, Bəhreyn – Malayziya matçları təşkil olunacaq.

Xatırladaq ki, Asiya Kuboku yanvarın 12-dən fevralın 10-dək Qətərdə keçirilir. Turnirdə 24 milli komanda iştirak edir. Yarışın hazırkı qalibi Qətər milli komandasıdır (2019). Asiya kubokunda ən çox qələbə qazanan Yaponiya komandasıdır. Bu ölkənin futbolçuları dörd dəfə kuboka yiyələniblər.


18046 oxunub

InvestAZ