XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Azərreyl" turnir cədvəlinə başçılıq edir
İdman 00:17 / 19.01.2024
Kişi voleybolçular arasında Azərbaycan çempionatında 9-cu turun oyunu keçirilib. 
Gənclər və idman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan oyunda MOİK və "Azərreyl” komandaları üz-üzə gəlib. Görüş "Azərreyl”in 3:0 (10:25, 11:25, 22:25) hesablı qələbəsi ilə başa çatıb. 
Beləliklə, turnir cədvəlinə liderlik edən "Azərreyl" xallarının sayını 18-ə (6 qələbə) çatdırıb. "Murov Az Terminal”ın 15 (6 qələbə), "Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), Neftçi”nin 13 (4 qələbə), "Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.
Qeyd edək ki, Azərbaycan çempionatının turnir cədvəlində yerlər komandaların qələbə sayına görə müəyyənləşir. Qələbə sayı bərabər olduqda xallar, xallarda bərabərlik olarsa, setlərin, topların nisbəti, burada da bərabərlik olarsa komandaların şəxsi oyunları nəzərə alınır. 
 


19633 oxunub

InvestAZ