XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ədalət təmsilçilərimizə növbəti dəfə etimad göstərilib
İdman 11:39 / 18.01.2024

Beynəlxalq dərəcəli hakimlərimiz Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıblar. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, həmyerlimiz Zaur Hacıyev Çağırış kubokunda 1/4 final mərhələsinin matçını idarə edəcək. O, qadın voleybolçulardan ibarət Türkiyənin "Nilüfer Belediye Bursa” və Rumıniyanın "C.S.M. LUGOJ” klublarının qarşılaşmasında ikinci hakim olacaq (İlk oyunda "Nilüfer Belediye Bursa” komandası səfərdə 3:1 hesabı ilə qalib gəlib).

Beynəlxalq dərəcəli hakimimiz Fuad Ağayev isə CEV kubokunda Play-off mərhələsinin oyununu idarə edəcək. O, kişi voleybolçulardan ibarət Türkiyənin "Fənərbağça PRL İstanbul” və Ukraynanın "SC Prometey DNIPRO” klublarının cavab matçında ikinci hakim olacaq (İlk qarşılaşmada Ukrayna təmsilçisi 3:1 hesabı ilə qalib gəlib).


18525 oxunub

InvestAZ