XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ölkəmizə dağ xizəyi üzrə beynəlxalq yarışların keçirilməsi hüququ verilib
İdman 10:53 / 18.01.2024

Qış İdman Növləri Federasiyası tərəfindən 2023-cü ilin aprel ayında Beynəlxalq Xizək Federasiyasına (FIS) ünvanlanan müraciətə əsasən "Şahdağ” Turizm Mərkəzində aparılan yamacların yoxlanışdan keçmə prosesi başa çatıb.

FIS tərəfindən təyin edilən ekspertlər vasitəsilə həyata keçirilən prosedurların nəticəsində "Şahdağ” Turizm Mərkəzinə Beynəlxalq Xizək Federasiyası (FİS) tərəfindən yoxlanışdan keçmə sertifikatı təqdim edilib.

Sertifikata əsasən Şahdağ Turizm Mərkəzinə Dağ Xizəyinin Slalom, Giqant Slalom və Super G növü üzrə beynəlxalq yarışların keçirilməsi hüququ verilib.


Eyni zamanda "Şahdağ” Turizm Mərkəzi beynəlxalq yarışların keçirilməsi üçün Beynəlxalq Xizək Federasiyasının yarış təqviminə əlavə edilməsi imkanı yaradır.


Qeyd edək ki, yoxlanışdan keçmə xizək və snoubord idmançılarının ən yüksək səviyyələrdə çıxış edə biləcəyi məkanların inkişafının vacib aspekti hesab edilir. FIS yarışlarının keçirildiyi bütün yamacların yoxlanışdan keçirilməsi vacib amil olaraq qəbul edilir.


20167 oxunub

InvestAZ