XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Kral klubu" yazılı zəmanət tələb edir
İdman 17:57 / 17.01.2024

Madrid "Real"ı PSJ-nin hücumçusu Kilian Mbappedən "Kral klubu"na keçmək üçün yazılı zəmanət tələb edir. LEquipe xəbər verir ki, Madrid klubu bu yolla 2022-ci ildə Mbappenin transferlə bağlı yalnız şifahi razılıq əldə etdiyi, lakin onun son məqamda PSJ ilə müqaviləsini uzatdığından dərs götürüb. Qaydaya əsasən futbolçu ictimaiyyətə açıqlama verməzdən əvvəl "Real"a keçmək qərarını yazılı şəkildə təsdiq etməlidir.

Məlumat üçün bildirək ki, Mbappenin Paris klubu ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır. Madrid "Real"ı 25 yaşlı hücumçunu yayda azad agent kimi transfer etmək niyyətindədir. "Transfermarkt" fransalı futbolçunu 180 milyon avro qiymətləndirir. Bu mövsüm Mbappe 25 oyun keçirib, 26 qol vurub və 4 məhsuldar ötürmə edib.


21744 oxunub

InvestAZ