XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Mourinyo özü getdi, yoxsa göndərdilər? ​
İdman 15:39 / 17.01.2024

Ötən gün "Roma” ilə yolları ayrılan portuqaliyalı baş məşqçi Joze Mourinyo sosial şəbəkələrdə bu barədə açıqlama verib. "Tər, qan, göz yaşı, sevinc, kədər, sevgi, qardaşlar, tarix, ürək, əbədiyyət" -deyə yazan Mourinyo haqqında danışılanlara eyham vurub.

Məlumat üçün bildirək ki, 2023/2024 mövsümünün İtaliya çempionatının 20 turundan sonra "canavarlar" 29 xal toplayaraq 9-cu pillədə qərarlaşıb. Portuqaliyalı baş məşqçi 2021-ci ilin yayından «Roma» klubunu çalışdırıb. Onun dövründə İtaliya təmsilçisi​ 2021/2022 mövsümündə Konfrans Liqasının qalibi olub. 2022/2023 mövsümündə "canavarlar” Avropa Liqasının finalına yüksəlib. Portuqaliyalı mütəxəssisin rəhbərliyi altında "Roma" ümumilikdə 96 oyun keçirib. Bu görüşlərdə komanda 44 dəfə qalib gəlib. 23 dəfə heç-heçə edi, 29 oyunda isə məğlubiyyətlə üzləşib.


20652 oxunub

InvestAZ