XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycanın cüdo nümayəndə heyəti beynəlxalq seminara hazırlaşır
İdman 10:06 / 17.01.2024

Azərbaycan cüdo ailəsinin üzvləri Beynəlxalq Cüdo Federasiyası (IJF) tərəfindən təşkil olunacaq hakimlər və məşqçilər üçün keçiriləcək seminarda iştirak edəcək.

Yanvarın 20-21-də Macarıstanda keçirilməsi planlaşdırılan bu tədbirin gündəliyində hakimlərin və məşqçilərin bacarıqların təkmilləşdirilməsi, qaydalarda olan yeniliklərinin müzakirəsi, əvvəlki illərdə baş vermiş mübahisəli halların təhlil olunması olacaq. Bundan əlavə, seminar cüdo ictimaiyyəti arasında vahid yanaşmanın formalaşdırılması üçün platforma rolunu oynayacaq.

Seminarda Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, "A” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Nazim Umbayev, Fariz Hüseynov və Akif Tahirov, veteran idmançı Rüstəm Orucov iştirak edəcək.


20193 oxunub

InvestAZ