XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



MOK-un əməkdaşları “Olimpiya dünyası” qəzetinin qonağı oldular
İdman 16:18 / 17.01.2024

Yanvarın 17-də "Olimpiya dünyası” qəzetinin redaksiyasında Milli Olimpiya Komitəsinin (MOK) əməkdaşları ilə dəyirmi masa ətrafında görüş keçirilib. Tədbirdə Milli Olimpiya Komitəsinin marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva, IT üzrə mütəxəssis Elxan Səmədzadə "Olimpiya dünyası”qəzetinin baş redaktoru, MOK-un mətbuat katibi Murad Fərzəliyev, baş redaktorun müavini Aslan Şirəliyev və redaksiya heyəti iştirak edib.

Redaksiya ilə ümumi tanışlıqdan sonra Murad Fərzəliyev "Olimpiya dünyası” qəzetinin fəaliyyəti barədəqonaqlaraməlumat verib. Qəzetin2001-ci ildənçapdan çıxdığını deyən baş redaktor mətbu orqanın Olimpiya Hərəkatının və idmanın təbliğində xüsusi rol oynadığını bildirib. Bu illər ərzindəqəzetdə40-dan çoxpeşəkar jurnalistin yetişdiyini qeyd edən M.Fərzəliyev həmçinin qəzetin onlayn qaydada da fəaliyyət göstərdiyini, informasiyalarınolimpiyadunyasi.comolimpnews.azsaytında gündəlik olaraq yeniləndiyini diqqətə çatdırıb.

MOK əməkdaşları ilə daha əvvəl də dəyirmi masa ətrafında görüşlərin təşkil olunduğunu deyən baş redaktor bu görüşlərin qarşılıqlı və səmərəli fəaliyyət üçün böyük əhəmiyyətə malik olduğunu bildirib.

Milli Olimpiya Komitəsinin marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva və IT üzrə mütəxəssis Elxan Səmədzadə isə bu səmimi görüşdən məmnun olduqlarını bildiriblər.Redaksiyamızın qonaqları qəzetin əməkdaşlarına yeni yaradıcılıq uğurları arzulayıblar.

Görüşdə müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.



19519 oxunub

InvestAZ