XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Olimpiya dünyası" qəzetinin keçmiş əməkdaşı FIFA-nın səsverməsində Messini fərqləndirməsinin səbəbini açıqlayıb
İdman 16:39 / 16.01.2024

Azərbaycanlı jurnalist Rasim Mövsümzadə FIFA-nın ilin ən yaxşı futbolçusuna təqdim etdiyi "The Best” mükafatı üçün Argentina millisinin üzvü Lionel Messiyə səs verməsinə aydınlıq gətirib.

O, bu barədəaçıqlamasındaQətərdəki dünya çempionatının nəticələrə təsir etdiyini bildirib: "Çoxları bilmir, ona görə məlumat verim ki, mükafatlandırma mərasimi 2024-cü ilin yanvarında keçirilsə də, sorğu 2022-ci ilin dekabrından 2023-cü ilin oktyabrına qədər olan dövrü əhatə edib. Yəni bir növ 2022/23 mövsümünün ən yaxşısı müəyyənləşmiş kimi olub. Ona görə də Lionel Messinin Qətər mundialındakı çempionluğu da ümumi nəticələrə təsir göstərib. Ondan sonra ABŞ-də ardıcıl 7 oyunda fərqlənməklə o qədər də güclü olmayan "İnter Mayami” klubuna Liqa kubokunu qazandırması da yaddan çıxmayıb. Argentinanın DÇ-2026-nın seçmə mərhələsində liderliyi də məhz onun sayəsindədir".

Media nümayəndəsi Messinin çıxdığı hər matçda "ən yaxşı” seçilməyi bacardığını sözlərinə əlavə edib: "2023-cü ildə həmçinin "Qızıl top” və "Dünyanın Ən Yaxşı İdmançısı” (Laureus) mükafatlarını da qazanıb. Norveçli Erlinq Holanna gəlincə, düzdür, məhsuldar mövsüm keçirib, həm "Mançester Siti” ilə, həm də fərdi bir çox titullar qazanıb. Amma fikrimcə, onun ötən Çempionlar Liqasının yarımfinal və final qarşılaşmalarında sönük oyun göstərib qol vura bilməməsi, üstəlik, Norveç millisinin AVRO-2024-dən kənarda qalması seçimə təsir göstərib".


18042 oxunub

InvestAZ