XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Wikipediya”da özbək dilində Zəngəzur adlı bölmə istifadəyə verilib
İdman 15:35 / 16.01.2024
XX əsrin əvvəllərindən xarici havadarların hərbi-siyasi dəstəyi ilə Ermənistana birləşdirilən qədim Azərbaycan ərazisi olan Zəngəzur mahalı haqqında Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə "Wikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə istifadəyə verilib.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Mərkəzindən bildirilib.
Məqalənin "Tarix” bölməsində arxiv sənədləri və tarixi faktlar əsasında məlumat verilir ki, 1905-1907-ci illər, eləcə də 1918-1920-ci illər ərzində erməni dəstələri Zəngəzurun azərbaycanlılar yaşayan kəndlərinə silahlı hücumlar edib və bu hücumlar nəticəsində 100-dən çox kənd talan olunub, yandırılaraq yer üzündən silinib.
Özbək dilində yaradılmış vikiməqalənin "Zangezur koridori” adlı bölməsində Zəngəzur dəhlizi haqqında da məlumatı öz əksini tapıb. "Iqtisodiy afzalliklari” (İqtisadi üstünlüklər) adlı bölməsində isə Zəngəzur dəhlizinin kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olması, regionlararası iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacağı da qeyd olunub.

18147 oxunub

InvestAZ