XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Xaçmazda yeni idman klubunun açılışı olub
İdman 10:14 / 16.01.2024

Gənclər və idman naziri Fərid Qayıbov Xaçmaz şəhərində "Əhməd” İdman Klubunun açılışında iştirak edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, klubda idmançıların məşq prosesini izləyən nazir mütəxəssislərlə fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib.

Fərid Qayıbov "Əhməd” İdman Klubunun nəzdində fəaliyyət göstərən ağırlıqqaldırma zalının fəaliyyəti ilə maraqlanıb. Nazir idman zalının mövcud şəraiti ilə tanış olub və idmançılarla söhbət edib.

Tədbirdə nazir müavini Mariana Vasileva da iştirak edib.


18987 oxunub

InvestAZ