XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Taekvondoçularımız Olimpiya lisenziya turnirlərinə Cənubi Koreyada hazırlaşırlar
İdman 19:09 / 15.01.2024
Kişi və qadın takevondoçulardan ibarət Azərbaycan milliləri Cənubi Koreyada təlim-məşq toplanışına start veriblər.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, hazırlıq Seuldakı Milli İdman Universitetində təşkil olunur.

Kişilərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayevlə məşqçi Rəşad Abdullayevin başçılığı altında toplanışda Səyyad Dadaşov, Qaşım Maqomedov, Cavab Ağayev, Eltac Qafarov, Hamidreza Badrialiabadi və Milad Beiqi Harçeqani iştirak edirlər.

Qadınlardan ibarət yığma isə baş məşqçi Sun Mi Parkın rəhbərliyi altında hazırlıq keçir. O, məşqlərə Zemfira Həsənzadə, Məryəm Məmmədova, Minayə Əkbərova, Səmmərux Osmanova, Səidə Əliyeva və Fatimə Məcidovanı cəlb edib.

Qeyd edək ki, olimpiya lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyan toplanış yanvarın 27-dək davam edəcək.



20486 oxunub

InvestAZ