XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



 Bakı məktəbliləri arasında keçirilən intellektual oyunun qalibləri müəyyən edilib
İdman 15:34 / 15.01.2024
Bakının ümumi təhsil müəssisələrinin şagirdləri "Nə? Harada? Nə zaman?” intellektual oyununda iştirak ediblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, paytaxt məktəbləri üzrə 25 komandanın iştirak etdiyi yarışın final turunda "Azərbaycançılıq” və "Qarabağ” mövzularını, həmçinin ümumi dünyagörüşü əhatə edən 30 sual səsləndirilib.
"Nə? Harada? Nə zaman?” intellektual oyununun nəticələrinə əsasən, 166 nömrəli tam orta məktəbin "Böyük Azərbaycan” komandası I, 22 nömrəli tam orta məktəbin "Xarıbülbül” komandası II, 322 nömrəli tam orta məktəbin "Qarabağ” komandası isə III yerə layiq görülüb.
Qalib komandalara kubok, medal və hədiyyələr təqdim edilib.
"Nə? Harada? Nə zaman?” intellektual oyunu Elm və Təhsil Nazirliyi və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı, "3sual.az” platformasının dəstəyi ilə təşkil olunub. Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən 3 mərhələdən ibarət oyunda ümumilikdə 146 komanda iştirak edib. Seçim turlarında ən yaxşı nəticə göstərən 25 komanda isə finala vəsiqə qazanıb.

20956 oxunub

InvestAZ