XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Dəri əlcək ustalarımızın Azərbaycan birinciliyi yekunlaşdı 
İdman 10:54 / 15.01.2024

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.

Azərbaycan Boks Federasiyasındanverilən məlumata görə, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 74 komandanın 408 boksçusu qüvvəsini sınayıb.

Yeddi gün davam edən turnirdə 14 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Boks Mərkəzində təşkil olunan final döyüşlərində qalib gələn Rüstəm Şahbazov, Əli Məmmədov, Zakir Həsənzadə, İsmayıl Rzayev, Bağır Əmirxanlı, Sübhan Babayev, Haqverdi Həsənov, Nurlan Abışov, Kənan Aslanlı, Valeh Eyvazlı, Rza Rzayev, İsmayıl Vəliyev, Əmir Abasov və Səftər Məmmədzadə çempion tituluna sahib olublar.

Turnird

komanda hesabında Sumqayıt (3-3-5) boksçuları birinci yeri tutublar. İkinci pilləyə "Qızıl əlcək” İdman Klubu (3-1-1) yiyələnib. "Üçüncü” yeri Gəncə (2-1-7) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına bütün görüşlərini tam üstünlüklə başa vuran Rza Rzayev (Gəncə) layiq görülüb. Ruhin Səfərov (Naxçıvan MR) ən əzmkar boksçu, Fərhad Rəhmanov ən yaxşı hakim adına sahib olub.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.


20312 oxunub

InvestAZ