XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Reytinq turniri 7 medalla yadda qaldı
İdman 10:06 / 15.01.2024

Xorvatiyada keçirilən güləş üzrə "Zaqreb Open” turnirinə yanvarın 14-də yekun vurulub. Güləşin hər üç növündə ümumilikdə 26 idmançı ilə təmsil olunan komandamız reytinq xarakterli turnirdə 2 qızıl və 5 bürünc medal qazanıb. Qızıl medallara yunan-Roma güləşçilərimizdən Ülvü Qənizadə (72 kq) və Sənan Süleymanov (77 kq) sahib çıxıb.

Bürünc medallara isə yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq), həmçinin qadın güləşçimiz Alyona Kolesnik (59 kq) yiyələnib.


19285 oxunub

InvestAZ