XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Zaqrebdə ilk qızıl medal 
İdman 00:28 / 13.01.2024

Xorvatiyada keçirilən güləş üzrə "Zaqreb Open” turniri davam edir.

Yarışda iştirak edən Azərbaycan komandası ilk qızıl medalına sahib çıxıb. Komandamıza reytinq turnirində medalı 77 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Sənan Süleymanov qazandırıb. Pəhləvanımız finalda macarıstanlı Joltan Levaya 5:0 hesabı ilə qalib gəlib.

Qadınların mübarizəsində isə Alyona Kolesnik (59 kq) macarıstanlı Nikolet Şaboya 11:8 hesabı ilə məğlub edərək, reytinq turnirində bürünc medal qazanıb.

Qeyd edək ki, Azərbaycan idmançıları reytinq turnirində daha əvvəl üç bürünc medal qazanıblar. Sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kiloqram) və Cəbrayıl Qadjiyev (74 kiloqram) fəxri kürsüyə qalxıblar.


19486 oxunub

InvestAZ