XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yüksək Lİqa: "Gəncə" turu qələbə ilə başa vurdu
İdman 20:11 / 13.01.2024

Qadın voleybolçular arasında Azərbaycan çempionatında VIII turun oyunlarına yekun vurulub.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmərindən verilən məlumata görə, son oyunda "Gəncə” və UNEC komandaları qarşılaşıb.

Tovuz Olimpiya İdman Kompleksində təşkil olunan oyun "Gəncə” komandasının qələbəsi ilə başa çatıb - 3:0 (25:11, 25:15, 25:16).

Turun əvvəlki oyunlarında "Milli Aviasiya Akademiyası” "Abşeron”u 3:0, "Murov Az Terminal” "Azərreyl”i 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turnir cədvəlinə 19 xalla "Azərreyl” komandası başçılıq edir. "Abşeron” 18 xalla 2-ci, "Murov Az Terminal” isə 17 xalla 3-cüdür. Aktivində 12 xalı olan "Gəncə” 4-cü, "Milli Aviasiya Akademiyası” 6 xalla beşinci, xalı olmayan UNEC isə sonuncu pillədə qərarlaşıb.


20043 oxunub

InvestAZ