XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Dəri əlcək ustalarımız ABŞ-a yollanıb
İdman 19:40 / 13.01.2024

Kişi boksçulardan ibarət Azərbaycan millisi ABŞ-a yollanıb. Federasiyadanverilən məlumata görə, Olimpiya çəki dərəcələri üzrə yığma komandanın üzvləri lisenziya turnirlərinə və Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığı Koloradoda davam etdirəcək.

Təlim-məşq toplanışında baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında 9 boksçu iştirak edir.

Mütəxəssislər Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov, Şamil Əsgərov (hər ikisi 57 kq), Tayfur Əliyev, Malik Həsənov (hər ikisi 63,5 kq), Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayevi (+92 kq) yoxlayacaqlar.

Toplanış çərçivəsində yerli boksçularla birgə məşqlər və sınaq döyüşlərinin keçirilməsi də planlaşdırılır. Hazırlıq fevralın 1-dək davam edəcək.

Qeyd edək ki, daha əvvəl Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris-2024-ə lisenziya qazanıb.


20184 oxunub

InvestAZ