XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bakıda avarçəkmə məşqlərinin keçirilmə vaxtları - FOTO/VİDEO
İdman 18:50 / 13.01.2024

Avarçəkmə idman növünün təbliği, təşviqi, kütləviliyin artırılması və inkişafı yönündə xidmət göstərən Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Bakıda mütəmadi avarçəkmə məşqləri keçirir. Məşqlər həftənin bütün günləri təşkil edilir.

Paytaxtda avarçəkmə məşqləri Bulvar ərazisində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının inzibati binasının yaxınlığında Xəzər dənizində keçirilir. Məkan Suraxanı Gəmi Muzeyi və Su İdman Sarayına yaxın ərazidə yerləşir. Məşqlər beynəlxalq dərəcəli, Əməkdar məşqçi Samir Məmmədov, respublika dərəcəli, Əməkdar məşqçi İlham Qafarov, birinci dərəcəli məşqçi Larisa Axundova və beynəlxalq sertifikatlı Viktor Ozerov tərəfindən aparılır. Məşq saatları bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə və şənbə günləri saat 15:30-dan 18:00-a qədər. Bazar günü isə səhər 9:30-dan 13:00-a qədər keçirilir. Qeyd edək ki, məşqlər uşaq və yeniyetmələr üçün ödənişsizdir.

Bazar ertəsi

15:30 - 18:00

Çərşənbə axşamı

15:30 - 18:00

Çərşənbə

15:30 - 18:00

Cümə axşamı

15:30 - 18:00

Cümə

15:30 - 18:00

Şənbə

15:30 - 18:00

Bazar

09:30 - 13:00



26181 oxunub

InvestAZ