XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cədvəldə yalnız Cənubi Koreya və Yaponiyanın adı var
İdman 16:14 / 13.01.2024
Xəbər verdiyimiz kimi yanvarın 12-də Qətərdə Asiya Kuboku başlayıb. Yarışın qalibi fevralın 10-da müəyyənləşəcək. "Transfermarkt” portal fürsətdən istifadə edib, Kubokda iştirak edən ən bahalı futbolçularının reytinqini dərc edib. Bu siyahıya koreyalı Kim Min Jae və yaponiyalı Takefusa Kubo başçılıq edir. Bundan başqa ilk 11-liyə yalnız Cənubi Koreya və Yaponiya milli komandalarının nümayəndələri düşüb.
"Transfermarkt”a görə Asiya Kubokunun ən bahalı futbolçuları:
1-2. Kim Min Jae (60 milyon avro, Cənubi Koreya).
1-2. Takefusa Kubo (60 milyon avro, Yaponiya).
3-4. Kaoru Mitoma (50 milyon avro, Yaponiya).
3-4. Son Heung-min (50 milyon avro, Cənubi Koreya).
5. Takehiro Tomiyasu (30 milyon avro, Yaponiya).
6-8. Li Kanq-in (22 milyon avro, Cənubi Koreya).
6-8. Hiroki İto (22 milyon avro, Yaponiya).
6-8. Hvanq Hee Çan (22 milyon avro, Cənubi Koreya).
9. Ritsu Doan (18 milyon avro, Yaponiya).
10-11. Ko İtakura (15 milyon avro, Yaponiya).
10-11. Yukinari Suqavara (15 milyon avro, Yaponiya).


21142 oxunub

InvestAZ