XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Könüllüləri gənc seçiciləri maarifləndirəcək
İdman 15:41 / 13.01.2024
Azərbaycan Könüllü Təşkilatları İttifaqı 2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərinin keçirilməsi ilə bağlı maarifləndirici fəaliyyətlərini davam etdirir.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Könüllülərinin "Seçki Könüllüləri” qrupu formalaşdırılıb. Qrupun məqsədi gənclər arasında seçki hüququ, seçki mədəniyyəti, seçkidə fəal iştirakı ehtiva edən vətəndaşlıq vəzifəsinin təbliğ edilməsi, xüsusilə də seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək gənclərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.

Mərkəzi Seçki Komissiyasının nümayəndələri tərəfindən "Azərbaycan Respublikasının Prezidenti seçkilərində seçkiqabağı təşviqata dair ümumi tələblər, onların hüquq və vəzifələri” mövzusunda qrup liderləri üçün təlim həyata keçirilib, gənc seçicilərdə seçki proseduru və səsverməyə hazırlıqla bağlı yarana biləcək suallar ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, yaxın günlərdə "Seçki Könüllüləri” qrupu yerlərdə fəaliyyətə başlayacaq.

20820 oxunub

InvestAZ