XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Sabah Yüksək Liqada VIII turun son oyunu keçiriləcək
İdman 14:28 / 12.01.2024
Yanvarın 13-də qadın voleybolçular arasında Azərbaycan çempionatında ikinci dövrə çərçivəsində 8-ci turun oyunlarına start veriləcək.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, meydana "Gəncə” və UNEC komandaları çıxacaq. 
Ev oyunlarını Gəncə Olimpiya İdman Kompleksində keçirən "Gəncə” klubu bu dəfə rəqibini Tovuz OİK-də qəbul edəcək. Oyun saat 16:00-da başlayacaq. 
Qeyd edək ki, "Azərreyl” 19 xalla turnir cədvəlinə liderlik edir. "Abşeron” 18 xalla ikinci, "Murov Az Terminal” 17 xalla 3-cü, "Gəncə” 9 xalla 4-cü, "Milli Aviasiya Akademiyası” 6 xalla 5-cidir. Aktivində xalı olmayan UNEC isə sonuncu pillədədir.


23718 oxunub

InvestAZ