XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yeddiqat dünya çempionu yarımfinala yüksəlib
İdman 16:27 / 12.01.2024

Snuker üzrə yeddiqat dünya çempionu, dünya reytinqinin favoriti Ronni OSullivan Londonda keçirilən Masters-2024 turnirinin ilk yarımfinalçısı olub. 1/4 final qarşılaşmasında OSullivan Barri Hokinsi (dünyanın 15 nömrəsi) 6:3 hesabı ilə məğlub edib.

Ronninin yarımfinaldakı rəqibi Şon Mörfi (dünyanın 6 nömrəsi) Cek Lisovski (dünyanın 16 nömrəsi) oyunun qalibi olacaq.

Qeyd edək ki, bu yarışların hazırkı çempionu Cudd Trampdır. O, titulunu qorumaq üçün 1/4 finalda Əli Karterə (dünya reytinqində 10-cu) qalib gəlməlidir. Məlumat üçün bildirək ki, 2024-cü ilin Masters finalı yanvarın 14-də təşkil olunacaq.



20458 oxunub

InvestAZ