XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Bilyard Federasiyasına yeni prezident təyin olunub
İdman 12:42 / 12.01.2024

Azərbaycan Bilyard Federasiyasına (ABF) yeni prezident təyin olunub.

ABF-dənverilən məlumata görə, Azərbaycanda bilyard idmanının təşkili və inkişafı sahəsində böyük təcrübəsi olan Seymur Məmmədov bu gündən öz vəzifəsinin icrasına başlayıb.

Göstərilən etimada görə minnətdarlığını bildirən S. Məmmədov Azərbaycanda bilyardın yeni səviyyəyə yüksəldilməsi əzmində olduğunu vurğulayıb. "Bilyard təkcə idman deyil, həm də həyat tərzidir. Çalışıram ki, bu idmanı hər bir azərbaycanlı üçün əlçatan edək. Biz istedadlı idmançıların inkişafı üçün şərait yaratmaq, onları dəstəkləmək istəyirik. İdmanın inkişafına təkan verəcək tədbirlər həyata keçirəcəyik”.

O, həmçinin Azərbaycanın dünya bilyard ictimaiyyətində nüfuzunun yüksəldilməsi məqsədilə bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirmək və yerli idmançıların müxtəlif yarışlarda iştirakını təmin etmək niyyətində olduqlarını bildirib.



18809 oxunub

InvestAZ