XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Məzahir Pənahov: Media qurumları və subyektləri işğaldan azad olunmuş ərazilərdə seçki prosesində fəal iştirak etməlidir
İdman 11:57 / 12.01.2024

Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdi və ilk dəfə ölkəmizin beynəlxalq səviyyədə tanınan bütün ərazisi çərçivəsində prezident seçkiləri keçiriləcək.

Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov "Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masada söyləyib.

MSK sədri bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda yaradılacaq məntəqələrdə 18 yaşına çatmış vətəndaşlar öz səslərini verəcəklər. Onun sözlərinə görə, həmin ərazilərdə hələ altı ay bundan əvvəl tikintidə işləyənlər, hərbi hissələrdə xidmət keçənlər artıq qeydiyyatdadırlar.

"Media qurumları və subyektləri işğaldan azad edilmiş ərazilərdə seçki prosesində də fəal iştirak etməlidir. Bu, Seçki Məcəlləsində də öz əksini tapıb”, - Məzahir Pənahov bildirib.


18605 oxunub

InvestAZ