XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



EEVZA: Yığmamız ilk oyunda məğlub oldu
İdman 00:40 / 12.01.2024
Voleybol üzrə 20 yaşadək (U-20) oğlanlardan ibarət Azərbaycan millisi Polşanın Qojuv-Velkopolski şəhərində təşkil olunan Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatına məğlubiyyətlə başlayıb. Estoniya millisi ilə qarşılaşmada rəqib komandanın 0:3 (17:25, 11:25, 22:25) hesablı qələbəsi qeydə alınıb. 
Yanvarın 14-dək davam edəcək çempionatda Səbuhi Əliyevin rəhbərlik etdiyi yığmamız Latviya, Ukrayna və Polşa kollektivləri ilə də qarşılaşacaq. 
Qeyd edək ki, AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.

18734 oxunub

InvestAZ