XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



AVF nümayəndəsinə növbəti etimad
İdman 09:55 / 12.01.2024
Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib.
Belə ki, Z.Gözəlbəyli kişi voleybolçular arasında Çelenc kubokunun 1/4 finalının cavab qarşılaşmasına supervayzer təyin edilib. O, yanvarın 17-də İstanbulda təşkil olunacaq "Galatasaray HDI” (Türkiyə) - "FONTE BASTARDO” (Portuqaliya) klublarının oyununda hakimlərin işinə qiymət verəcək. Görüşün hakimləri bolqarıstanlı İvan Momirov və italiyalı Michele Brunelli olacaq.
Qeyd edək ki, komandalar arasında keçirilən ilk oyunda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

18771 oxunub

InvestAZ