XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Gənc güləşçilər Bakı çempionatında bir araya gəliblər
İdman 19:49 / 11.01.2024
Şağan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə U-20 Bakı çempionatı keçirilib.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, sərbəst güləş üzrə yarışda Elvin Cəfərqululu (57 kq), Zamin Məmmədov (61 kq), Balaxan Hüseynov (65 kq), Fazil İsmayılzadə (70 kq), Heydərəli Seyidov (74 kq), Emin Qaçayev (79 kq), Abdulla Şərif (86 kq), Vüqar Həsənov (92 kq), İsa Hüseynov (97 kq) və Nizami Allahverdiyev (125 kq) bütün rəqiblərinə qalib gələrək, çempion adını qazanıblar. 
Yunan-Roma güləşi üzrə yarışda isə Bəxtiyar Hüseynov (55 kq), Maksut Cankurtaran (60 kq), Murad Əliyev (63 kq), Memar İbrahimov (67 kq), Məhəmməd Qurbanov (72 kq), Cavidan Nehmətov (77 kq), Hüseyn Yusifzadə (82 kq), Cocu Səmədov (87 kq), İsa Hüseynov (97 kq) və Museyi-Kazım Hüseyn (130 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Bakı çempionatı 29 yanvar – 1 fevral tarixlərində keçiriləcək U-20 Azərbaycan çempionatına seçim xarakteri daşıyıb.

21441 oxunub

InvestAZ