XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Paris-2024: Məşəl estafetində iştirak edən məşhurların adı açıqlanıb - FOTO
İdman 12:46 / 11.01.2024

Paris-2024 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi Fransada Olimpiya məşəli estafetinin bəzi iştirakçılarının adlarını açıqlayıb. "Le Mond”un məlumatına görə, alov Yunanıstandan Marselə mayın 8-də çatacaq. İyulun 26-da təşkil olunacaq açılış mərasiminə qədər kollektiv estafetlərdə 3 min nəfər yer alacaq. Hər estafetdə məşhur kapitanın rəhbərliyi altında 24 nəfərdən ibarət komanda iştirak edəcək. Heyətdə məşhur məşəlçilərdən üzgüçü Kamille Lakor, qılıncoynadan Laura Flessel-Kolovitz, taekvondoçu Paskal Gentil, həmçinin komediya ustası Kamel Debbuz, astronavt Tomas Pesket və aşpaz Tyeri Marks olacaq.

Xatırladaq ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.


19554 oxunub

InvestAZ