XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Pəhləvanlarımız reytinq turnirinə üç medalla başladılar
İdman 01:05 / 11.01.2024

Pəhləvanlarımız ötən gün Xorvatiyada ilin ilk yarışında - "Zaqreb Open” turnirində mübarizəyə başlayıblar. Paris 2024-ə reytinq xarakteri daşıyan yarışda ölkəmiz güləşin hər üç növündə təmsil olunur.

Turnirin ilk günündə sərbəst güləşçilərimiz yarışa start veriblər. 7 çəki dərəcəsində qaliblərin müəyyənləşdiyi ilk yarış günündə yığmamızın da üç üzvü mükafatçılar sırasında yer alıb. Təmsilçilərimizdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) bürünc medala sahib çıxıblar.

Digər pəhləvanlarımızdan İslam Bazarqanov (57 kq), Zirəddin Bayramov (65 kq), Arseni Djioyev və Osman Nurmaqomedov (hər ikisi 86 kq) isə yarışları medalsız başa vurublar.

Beynəlxalq turnir yanvarın 14-dək davam edəcək.

Qeyd edək ki, yarışda I kateqoriyalı hakimimiz Kamran Əliyev də ədaləti qoruyur.


19139 oxunub

InvestAZ