XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Federasiya nümayəndələri Gəncədə gənc voleybolçularla görüşüblər 
İdman 11:13 / 10.01.2024

Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev və baş katib Faiq Orucov Gəncə Olimpiya İdman Kompleksində məşq keçən Gəncə Regional Voleybol Klubunun (GRVK) gənc və yeniyetmə voleybolçuları ilə görüşüblər.

Görüşdə regional klubun rəhbəri Pərviz Qədirov, federasiyanın və GRVK-nun digər əməkdaşları da iştirak ediblər.

AVF rəsmiləri burada təşkil olunan məşqləri izləyib, GRVK-in vəziyyəti ilə, idmançılara yaradılan şəraitlə tanış olublar.

AVF nümayəndələri ölkədə voleybolun daha da inkişaf etdirilməsi istiqamətində görülən və nəzərdə tutulan işlər haqqında məlumat veriblər. Qonaqlar gənc və yeniyetmə voleybolçulara tövsiyələr verib, onlara bu yolda uğurlar arzulayıblar.


19397 oxunub

InvestAZ