XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yüksək Liqa: sabah kişi voleybolçular arasında növbəti tura start veriləcək 
İdman 14:55 / 10.01.2024

Sabah kişi voleybolçular arasında Azərbaycan çempionatında VIII turun ilk oyunlarına start veriləcək. Turun ilk oyununda "Neftçi” və MOİK komandaları qarşılaşacaq. "Murov Az Terminal”ın idman zalında keçiriləcək oyun saat 16:00-da başlayacaq.

Bu oyundan sonra isə saat 18:00-da "Murov Az Terminal” və "Azərreyl” komandaları üz-üzə gələcək. Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, hazırda "Xarı Bülbül" (Şuşa) 16 xalla turnir cədvəlinə başçılıq edir. "Azərreyl” 14, "Murov Az Terminal” 13 xalla lideri izləyirlər. Dördüncü pillədəki "Neftçi”nin hesabında 10 xal var. "Xarı Bülbül" (Laçın) 4 xalla beşincidir, sonuncu sırada olan MOİK hələ xal qazana bilməyib.


17995 oxunub

InvestAZ