XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Basketbolçunun avtomobili çəkic altına düşəcək - FOTO
İdman 17:51 / 09.01.2024

Əfsanəvi basketbolçu Maykl Cordana məxsus 1991-ci il istehsalı olan BMW 850i «Bring a Trailer» onlayn platformasında hərraca çıxarılıb. İlkin məbləği 108,7 min dollar olub.

Qeyd edək ki, avtomobil 1991-ci ildə istehsal edilib. Mayk Cordan onu İllinoys ştatında alıb. Avtomobil altı pilləli transmissiya ilə birləşdirilən 296 at qüvvəli beş litrlik V12 mühərriki ilə idarə olunur. BMW kuzovu «Mauritius Blue Metallic» rəngində tamamlanıb. 2017-ci ildə avtomobildə buraxılış sistemi və mufta dəyişdirilib.

Məlumat üçün bildirək ki, yanvarın 20-dən 28-dək Arizona ştatının Scottsdale şəhərində keçiriləcək «Barrett-Jackson» auksionuna ABŞ-ın keçmiş prezidenti Donald Trampa məxsus nadir «Lamborghini Diablo VT Roadster», eləcə də Arnold Şvarsenneggerin «Mercedes-Benz Unimog U1300» avtomobili daxil olacaq.


19798 oxunub

InvestAZ