XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ağırlıqqaldıranlarımız Türkiyədə təlim-məşq toplanışına başlayıblar
İdman 15:44 / 09.01.2024

Ağırlıqqaldırma üzrə kişilər və qadınlardan ibarət Azərbaycan yığmaları Türkiyədə təlim-məşq toplanışına başlayıblar. 

Məqsəd fevralın 12-20-si aralığında Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına, həmçinin digər beynəlxalq yarışlara daha yaxşı hazırlaşmaq, idmançıların hazırlıq səviyyəsini yüksəltməkdir.

Toplanış Türkiyənin müvafiq komandaları ilə birlikdə təşkil olunub.

Kişilərdən ibarət yığma Maxtı Makkayevin rəhbərliyi altında Çorumda, qadınlardan ibarət milli isə Sərdar Həsənovun başçılığı ilə Ankarada hazırlaşırlar.

Qeyd edək ki, toplanış yanvarın 25-nə qədər davam edəcək.


19497 oxunub

InvestAZ