XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Vətən müharibəsi qazilərinin kredit borcları silinəcək
İdman 11:44 / 09.01.2024

"Azərbaycan bankları bir sıra əlavə müraciətlər əsasında Vətən müharibəsi qazilərinin kredit borclarını siləcək”.

Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Banklar Assosiasiyası”nın sədri Zakir Nuriyev bildirib.

"Son antiterror əməliyyatları zamanı və onda öncə Vətən müharibəsində həlak olan şəxslərin və ailə üzvlərinin banklara olan borcları tamamilə silinib. Eyni zamanda qazilərimizin kredit borclarına hesablanmış faizlər dayandırılıb.

Bundan başqa bir sıra əlavə müraciətlər əsasında mövcud borcların silinməsi həyata keçiriləcək. Qarşıdakı dövrdə də Azərbaycanın bank və sığorta sistemləri qarşılıqlı şəkildə mövcud olan, meydana çıxan biləcək problemlərin həllinə yaxından dəstək verəcək”, - deyə Z.Nuriyev əlavə edib.


21897 oxunub

InvestAZ